525.Az

15 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü


 

15 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü<b style="color:red"></b>

İngiltərənin “Arsenal” klubunun 15 yaşlı futbolçusu Maks Dovman Çempionlar Liqasının tarixinə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Slaviya”ya (Çexiya) qarşı matçda (3:0) meydana çıxmaqla turnirin tarixində forma geyən ən gənc futbolçu ünvanına sahib çıxıb.

Dovman Çexiya çempionu ilə görüşün 72-ci dəqiqəsində meydana çıxarkən 15 yaş 307 günlüyündə olub.

Qeyd edək ki, əvvəlki rekord Dortmund “Borussiya”sının futbolçusu Youssoufa Moukokoya məxsus idi. O, 16 yaş 18 günlüyündə ÇL-də forma geymişdi.

İbrahim Cəfərov

 





05.11.2025    çap et  çap et