525.Az

HƏMAS daha bir israilli əsirin cəsədini təhvil verdi


 

HƏMAS daha bir israilli əsirin cəsədini təhvil verdi<b style="color:red"></b>

HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində daha bir israilli əsirin cəsədini Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu əsirin cəsədinin olduğu tabutu aldığını təsdiqləyib.

Cəsəd qəbul edildikdən sonra şəxsiyyətinin müəyyən edilməsi üçün Təl-Əvivdəki Əbu Kabir Ədliyyə İnstitutuna aparılıb. Əgər onun israilli əsir olduğu təsdiqlənərsə, Qəzza zolağında yalnız yeddi israilli əsirin cəsədi qalacaq.

Qeyd edək ki, oktyabrın 10-da Qəzzada qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, sağ qalan israilli əsirlərin təhvil verilməsindən sonra 28 israilli əsir cəsədi Qəzza zolağında qalmışdı.

İbrahim Cəfərov

 





05.11.2025    çap et  çap et