525.Az

Böyük Britaniyanın ən varlı adamı vəfat etdi


 

Böyük Britaniyanın ən varlı adamı vəfat etdi<b style="color:red"></b>

Böyük Britaniyanın ən varlı adamı hesab edilən Qopiçand Hinduca vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 86 yaşlı iş adamı uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Hindistan əsilli Qopiçand Hinduca uzun illər qardaşı Şriçand ilə birgə Hinduja Group konqlomeratına rəhbərlik edib. Yeri gəlmişkən, Şriçand Hinduca 2023-cü ilin mayında vəfat edib.

Qeyd edək ki, "Hinduja Group"un əsası 1911-ci ildə qoyulub. Qopiçand Hinducanın varidatı isə bu ilin mayına olan məlumata görə 35,3 milyard funt-sterlinq təşkil edib.

L.Tağıyeva

 





05.11.2025    çap et  çap et