525.Az

Azərbaycan IsDB Qrupu ilə qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə edib


 

Azərbaycan IsDB Qrupu ilə qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə edib<b style="color:red"></b>

Azərbaycan və İslam İnkişaf Bankı Qrupu (IsDB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər.

525.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq", - nazir qeyd edib.

 





05.11.2025    çap et  çap et