525.Az

İlham Əliyev Səudiyyə Ərəbistanının kralına başsağlığı verib


 

İlham Əliyev Səudiyyə Ərəbistanının kralına başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda kral Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib.

525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
”Əlahəzrət, əziz qardaşım, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanın tarixində silinməz iz qoyub. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynayıb.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olub.
 
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 





23.01.2015    çap et  çap et