525.Az

Saakaşviliyə yeni ittihamlar irəli sürülüb


 

Saakaşviliyə yeni ittihamlar irəli sürülüb<b style="color:red"></b>

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvili və digər yeddi müxalifət liderini konstitusiya quruluşunu pozmaqda ittiham edib.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.

O deyib ki, dövlət əleyhinə cinayətlərə görə həmin şəxslər barəsində cinayət təqibi başladılıb. 

“Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Melia, Zurab Caparidze, Elena Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı təxribat, düşmənçilik fəaliyyətində xarici dövlətə yardım, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətləri maliyyələşdirmə, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlara görə cinayət işi başladılıb”, - baş prokuror əlavə edib.

Pərvanə Sultanova

 





06.11.2025    çap et  çap et