525.Az

“ABŞ Putinin nüvə sınağı ilə bağlı açıqlamasına reaksiya verməyib” -  Peskov


 

“ABŞ Putinin nüvə sınağı ilə bağlı açıqlamasına reaksiya verməyib” - <b style="color:red"> Peskov</b>

“Rusiya prezidenti Vladimir Putinin nüvə sınaqları ilə bağlı açıqlamasına ABŞ-dan rəsmi reaksiya verilməyib”.

525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, heç bir reaksiya olmayıb", - o əlavə edib.

Kremlin sözçüsü qeyd edib ki, prezidentin aydın ifadəsinə baxmayaraq, Təhlükəsizlik Şurasının iclasından sonra Qərb mediasının hədsiz emosional reaksiyası baş verib.

Noyabrın 5-də Təhlükəsizlik Şurasının iclasında Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və kəşfiyyat xidmətlərinə nüvə silahı sınaqlarına hazırlıq üzrə işlərin başlanması mümkünlüyü ilə bağlı razılaşdırılmış təkliflər hazırlamağı tapşırıb.

Pərvanə Sultanova

 





06.11.2025    çap et  çap et