525.Az

Mərkəzi Bank Şirvanda vətəndaşlarla səyyar görüş keçirib


 

Mərkəzi Bank Şirvanda vətəndaşlarla səyyar görüş keçirib<b style="color:red"></b>

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Şirvan şəhərində vətəndaşlarla səyyar görüş keçirib.

525.az-a AMB-dən bildirilib ki, vətəndaşların müraciətləri əsasən rəsmiləşdirilmiş kredit müqavilələri üzrə mövcud faiz dərəcələrinin aşağı salınması, aylıq kredit ödəniş məbləğlərinin azadılması olmaqla, ümumilikdə kredit öhdəlikləri üzrə güzəşt istənilməsi ilə bağlı olub.

Müraciətlər üzrə görüşdə iştirak edən vətəndaşlara Mərkəzi Bankın qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində məlumat verilib.

 





06.11.2025    çap et  çap et