525.Az

Vyetnamda daşqınlar səbəbindən 47 nəfər ölüb


 

Vyetnamda daşqınlar səbəbindən 47 nəfər ölüb<b style="color:red"></b>

Vyetnamda şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.

525.az xəbər ki, bu barədə Vyetnam Fəlakət və İdarəetmə Agentliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində 130 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Güclü yağışlar səbəbindən 44 mindən çox ev su altında qalıb, təxminən 700 ev zədələnib. Həmçinin 95 mindən çox ev işıqsız qalıb.

İsgəndər Həsənov

 





06.11.2025    çap et  çap et