525.Az

Tayfun Filippində 114 nəfərin həyatına son qoyub


 

Tayfun Filippində 114 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Filippində Kalmaegi tayfununun yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 114-ə çatıb.

525.az xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb.

Bildirilib ki, 82 nəfər yaralanıb, 127 nəfər isə itkin düşüb.

Ölümlərdən 71-i bütün yaşayış məntəqələrinin su altında qaldığı Cebu əyalətində qeydə alınıb. Negros Occidental əyalətində 18, Oriental əyalətində 12, Agusan del Sur əyalətində 6, Cənubi Leytedə 2 və Antique, Bohol, Capiz, İloilo və Leyte əyalətlərinin hər birində 1 ölüm hadisəsi olub.

Ölkə üzrə səkkiz bölgədə 5089 məhəllədə tayfundan ümumilikdə 1 951 546 nəfər zərər çəkib. Həmçinin bildirilib ki, 127 827 ailə 4933 evakuasiya mərkəzində sığınacaq tapıb.

Filippin prezidenti Ferdinand Markos ölkədə fövqəladə vəziyyət elan edib.

İbrahim Cəfərov

 





06.11.2025    çap et  çap et