525.Az

Əmtəə bazarlarında qızılın qiyməti yenə də 4 000 dolları ötüb


 

Əmtəə bazarlarında qızılın qiyməti yenə də 4 000 dolları ötüb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,3% artaraq 4 002,87 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,65% artaraq 48,263 ABŞ dolları olub.

 





07.11.2025    çap et  çap et