525.Az

"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb


 

"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb<b style="color:red"></b>

"NNeft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.

SOCAR-dan 525.az-a verilən məlumata görə, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata görə, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70%-i sahilə buradan ötürülür.

Xatırladaq ki, yataqda 1949-cu ildə ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub.

 





07.11.2025    çap et  çap et