Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudandan sonra daha bir ölkə “İbrahim Sazişləri”nə qoşulur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə Xüsusi Elçisi Stiv Uitkoff açıqlayıb.
“Bu axşam başqa bir ölkənin “İbrahim Sazişləri”nə qoşulduğunu və İsrail ilə münasibətləri normallaşdırdığını elan edəcəyik”, - deyə Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda bildirib.
Uitkoff ad açıqlamasa da, ABŞ mediası həmin ölkənin Qazaxıstan olduğunu yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “İbrahim Sazişləri”nin genişlənəcəyini gözlədiyini bildirmişdi.
“İbrahim Sazişləri” 2020-ci ildə ABŞ diplomatik əlaqələri vasitəsilə imzalanan və İsrail ilə bəzi ərəb ölkələri arasında diplomatik münasibətlərin normallaşdırılmasına səbəb olan müqavilələr kimi tanınır.
İbrahim Cəfərov
çap et