525.Az

Ərdoğanla Liviyanın Baş naziri arasında telefon danışığı olub


 

Ərdoğanla Liviyanın Baş naziri arasında<b style="color:red"> telefon danışığı olub</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Rabitə İdarəsi açıqlama yayıb.

Danışıq zamanı Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin Liviyadakı hadisələri yaxından izlədiyini, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün yenə də öz töhfəsini verəcəyini bildirib.

Ərdoğan Türkiyə ilə Liviya arasında bir çox sahədə, xüsusən də enerji sahəsində əməkdaşlığın vacib olduğunu və Şərqi Aralıq dənizində iki ölkənin hüquq və mənafelərinin qorunması üçün həmrəylik səylərinin davam edəcəyini vurğulayıb.

İbrahim Cəfərov

 





07.11.2025    çap et  çap et