525.Az

"Kiyev münaqişənin həllini ləngidir” - Peskov


 

"Kiyev münaqişənin həllini ləngidir” - <b style="color:red"> Peskov</b>

“Ukrayna münaqişəsinin həllində fasilə Kiyevin siyasi və diplomatik həll yolu axtarmaq istəməməsi, eləcə də avropalıların təxribatına görə yaranıb”.

525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda nizamlanma prosesini ləngidən əsas məqam Ukrayna tərəfinin siyasi-diplomatik həll yoluna getmək istəməməsi və avropalıların Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik etməsi səbəbindən yaranan fasilədir", - Peskov bildirib.

Onun sözlərinə görə, döyüşlər Ukrayna tərəfinin vəziyyətini hər keçən gün daha da pisləşdirir.

Kremlin sözçüsü vurğulayıb ki, hazırda Rusiya ilə Ukrayna arasında heç bir etimad yoxdur:

 “Əlbəttə ki, hazırda hər hansı bir qarşılıqlı etimaddan qətiyyən söhbət getmir. Bu, etimad çatışmazlığı deyil, onun olmamasıdır”.

Pərvanə Sultanova

 





07.11.2025    çap et  çap et