525.Az

Türkiyədə zəlzələ olub


 

Türkiyədə zəlzələ olub<b style="color:red"></b>

Türkiyənin Hatay vilayətində növbəti dəfə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Defne bölgəsində 3.9 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar 13.22 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib. Lakin panikaya düşən bir kişi ikinci mərtəbədən özünü atıb. Onun bədənində qırıq olsa da, həyati təhlükəsi yoxdur.

İsgəndər Həsənov

 





07.11.2025    çap et  çap et