525.Az

Litvanın mədəniyyət nazirinin müavini Rusiyaya səfərinə görə istefa verib


 

Litvanın mədəniyyət nazirinin müavini Rusiyaya səfərinə görə<b style="color:red"> istefa verib</b>

Litvanın yeni təyin edilmiş mədəniyyət nazirinin müavini Aleksandras Brokas 2014-cü ildən sonra Rusiyaya səfər etdiyini açıqladıqdan sonra vəzifəsindən istefa verib.

525.az xəbər verir ki, bu barədə nazir müavini müraciətində bildirib.

Brokas qeyd edib ki, son günlər ictimai məkanda onun ətrafında çoxsaylı müzakirələr və fərziyyələr yaranıb, onların bəziləri həqiqətə deyil və  onun nüfuzuna zərbə vurmağa yönəlib:

"Buna görə də mən ləyaqət prinsipini qorumaq üçün istefa verirəm ki, ictimaiyyət nazirliyin şəffaf fəaliyyətindən əmin olsun”.

Siyasətçi əvvəllər 2014-cü ildən sonra film çəkilişi ilə bağlı Moskvaya bir neçə dəfə səfər etdiyini söyləyib, bundan sonra tənqidlərə məruz qalıb. 

Pərvanə Sultanova

 





07.11.2025    çap et  çap et