525.Az

“NATO-nun Avropada kifayət qədər hava hücumundan müdafiə sistemləri yoxdur” -  Baş katib


 

“NATO-nun Avropada kifayət qədər hava hücumundan müdafiə sistemləri yoxdur” - <b style="color:red"> Baş katib</b>

“NATO-nun Avropada, o cümlədən Rumıniyada kifayət qədər hava hücumundan müdafiə imkanları yoxdur”.

525.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rumıniya mediasına müsahibəsində deyib.

“NATO-nun Avropa ərazisində hava hücumundan müdafiə sistemlərinin potensialını 400% artırmalıyıq", - deyə o, alyansın şərq cinahında hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı ilə bağlı suala cavab verərkən bildirib. 

Əlavə edib ki, alyans məhz buna görə müdafiə sahəsinə investisiyaları artırmaq qərarına gəlib. O, həmçinin NATO ölkələrinin yaxşı qorunduğunu vurğulayıb.

Pərvanə Sultanova

 





07.11.2025    çap et  çap et