525.Az

Rusiyada helikopter qəzası


 

Rusiyada helikopter qəzası<b style="color:red"></b>

Dağıstanda helikopter qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 4 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

Hadisə bu gün Bakı vaxtı ilə 15.50-də Mahaçqaladan 40 km məsafədə, Xəzər dənizi sahilində yerləşən Açi-Su qəsəbəsində yaşanıb. Gizlər Elektromexanika Zavodunun əməkdaşlarını daşıyan Ka-226 markalı helikopter dənizdən 50 metr məsafədə, "Jemçujina" istirahət mərkəzindəki qonaq evinin üzərinə düşüb. Qəza zamanı ev boş olub. Yaralı sərnişinlər ağır vəziyyətdədirlər, xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Gizlərdən İzberbaşa uçan helikopter Elektromexanika Zavodunun balansında olub və qəza zamanı göyərtəsində 7 nəfər olub.

L.Tağıyeva

 





07.11.2025    çap et  çap et