525.Az

Trampla Ronaldo birgə müsahibə verə bilər


 

Trampla Ronaldo birgə müsahibə verə bilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampla futbol ulduzu Kriştiano Ronaldo birgə müsahibə verə bilər.

525.az. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış Britaniyalı jurnalist Pirs Morqan bildirib.

Sosial şəbəkə hesabında abunəçilərdən birinin Trampla Ronaldonun birgə müsahibəsini təşkil etmək istəyinə Morqan belə cavab verib: "Bunun üzərində işləyirəm".

Qeyd edək ki, ötən ay Pirs Morqan Ronaldodan geniş müsahibə götürmüş və həmin müsahibə 2 hissədə yayımlanmışdı.

L.Tağıyeva

 





07.11.2025    çap et  çap et