İraqda Mosul Beynəlxalq Hava Limanda ilk rəsmi daxili uçuşun həyata keçirildiyi açıqlanıb.
525.az xəbər verir ki, Mosul qubernatoru Əbdülkadir Dahil açıqlamasında: “İraq Hava Yollarına məxsus təyyarə ilk rəsmi daxili reys olaraq Mosul Beynəlxalq Hava Limanının uçuş zolağına enib”, - deyib.
Qubernator Dahil Mosul hava limanından İraqın bütün əyalətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşlar təşkil etmək planlarının olduğunu və hava limanının açılmasının böyük inkişaf fürsəti olduğunu bildirib.
Qeyd edək ki, Mosul Beynəlxalq Hava Limanı 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terror təşkilatının hücumuna məruz qaldıqdan sonra fəaliyyətini dayandırmışdı.
Məhəmməd Tağıyev
çap et