İran prezidenti Məsud Pezeşkian paytaxt Tehrana tezliklə yağış yağmaması halında, gələn aydan etibarən şəhərin suya qənaət edəcəyini, bu tədbirin də kifayət etməməsi halında Tehranın təxliyyə ediləcəyini söyləyib.
525.az xəbər verir ki, Pezeşkian ölkənin qərbindəki Sənəndəc şəhərinə səfəri zamanı iştirak etdiyi iclasda çıxış edib.
Pezeşkian İranda quraqlığın yaratdığı su böhranına toxunaraq: “İran hazırda qeyri-kafi yağış və su ehtiyatları kimi təbii böhranlarla üz-üzədir və bu böhranların ciddi nəticələri ola bilər. Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməli olacağıq. Bu da işə yaramasa, suyumuz bitəcək və Tehranı təxliyyə etmək məcburiyyətində qalacağıq”, - deyib.
Məhəmməd Tağıyev
çap et