525.Az

Azərbaycan klubunu tərk edib “Fiorentina”ya keçdi


 

Azərbaycan klubunu tərk edib “Fiorentina”ya keçdi<b style="color:red"></b>

Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb.

525.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Klub Sebalyosa xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 





10.11.2025    çap et  çap et