525.Az

Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində hesabatlılıq üçün çağırış edib


 

Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində hesabatlılıq üçün <b style="color:red"> çağırış edib</b>

COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.

525.az xəbər verir ki, bu barədə COP29 "X" hesabında paylaşım edilib.

M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib.

Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur.

 





10.11.2025    çap et  çap et