525.Az

Salyanın bəzi kəndlərində işıq olmayacaq


 

Salyanın bəzi kəndlərində işıq olmayacaq<b style="color:red"></b>

Salyanın bəzi kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq 12 noyabr tarixində saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





12.11.2025    çap et  çap et