“Ölkədə kiçik və orta sahibkarlığın inkişafı vacibdir. Bu sektorun gücləndirilməsi, inkişafı ölkədə məşğulluğun artırılmasında mühüm rol oynayır”.
Bunu 525.az-a iqtisadçı ekspert Emin Qəribli deyib. O bildirib ki, kiçik və orta sahibkarlığın inkişafı yalnız iqtisadi deyil, həm də sosial məna daşıyır. Bu sahəyə yönəldilən hər bir dəstək yeni iş yerlərinin yaradılması deməkdir.
Eyni zamanda regionların inkişafına və iqtisadiyyatın şaxələnməsinə imkan yaratmaqdır.
Sevinc Qarayeva
çap et