Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla danışıqlara dair sənədlər paketini dərc etmək qərarına gəlməsinin səbəbini izah edib.
525.az xəbər verir ki, hökumət rəhbəri bunun Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı olduğunu söyləyib.
“Proses başa çatdıqdan sonra biz bu sənədləri dərc edə biləcəyik. O zaman həmin sənədlərin dərci ounmasına qarşı mənəvi və siyasi maneə aradan qaldırılacaq”, - Paşinyan bildirib.
Pərvanə Sultanova
çap et