525.Az

"Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil" -  Paşinyan


 

"Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil" - <b style="color:red"> Paşinyan</b>

“Ermənistan Ukraynanın xeyrinə Rusiya taxılından imtina etmək niyyətində deyil”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

“Bu, ola bilməz”, -  deyən Paşinyan yayılmış məlumatı tam olaraq  anlaşılmazlıq adlandırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti İrəvanın siyasi səbəblərdən Rusiya taxılından imtina edərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılını alamaq istədiyinə dair məlumat yayıb.

Pərvanə Sultanova

 





12.11.2025    çap et  çap et