İspaniyanın ən yaşlı sakini Angelina Torres Valbona 112 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 1-ci Dünya Müharibəsi başlamamışdan doğulan sonuncu kataloniyalı idi.
Angelina Torres Valbona 1913-cü ildə Kataloniyanın Belvis şəhərində dünyaya gəlmişdi. Dünyanın 40 ən yaşlı insanı siyahısına düşən Valbonanın ölümündən sonra ölkənin ən yaşlı insanı adı 111 yaşlı Karma Nogeraya keçib.
Yeri gəlmişkən, İspaniyada hazırda 1 əsrdən çox yaşayan 214 sakin var.
L.Tağıyeva
çap et