525.Az

Misirdə turistləri daşıyan avtobus qəzaya uğrayıb


 

Misirdə turistləri daşıyan avtobus qəzaya uğrayıb<b style="color:red"></b>

Misirdə turistləri daşıyan avtobus yük avtomobili ilə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Hurqada - Qahirə yolunda baş verib. 

Qəza nəticəsində 1 rusiyalı turist və avtobusun sürücüsü həlak olub, 41 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Yaralılar Ras-Hareb şəhər xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, avtobusun sərnişinləri arasında rusiyalı turistlər çoxluq təşkil edib. Yaralılardan 27-i Rusiya, yeddisi Finlandiya, üçü Litva və dördü isə Misir vətəndaşıdır.

L.Tağıyeva

 





12.11.2025    çap et  çap et