525.Az

“Rusiya kəşfiyyatının məlumatları heç vaxt əsassız olmur” - Peskov


 

“Rusiya kəşfiyyatının məlumatları heç vaxt əsassız olmur” -<b style="color:red"> Peskov</b>

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) məlumatları heç vaxt əsassız olmur”.

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl XKX Ermənistanın Rusiya taxılından imtina edib onu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılı ilə əvəz etmək niyyəti barədə məlumat yayıb. Rəsmi İrəvan isə bunu təkzib edib.

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına gəlincə, onlar heç vaxt əsassız olmur. Bununla belə, biz Ermənistanla əməkdaşlığımızı həm ikitərəfli, həm də inteqrasiya prosesləri çərçivəsində inkişaf etdiririk. Ən yüksək səviyyədə tez-tez təmaslar baş verir. İkitərəfli əməkdaşlıq gündəliyində bir çox məsələlərimiz var. Ümid edirik ki, bu, davam edəcək", - Peskov bildirib.

Pərvanə Sultanova

 





12.11.2025    çap et  çap et