525.Az

Tramp İsrail prezidentindən Netanyahunun bağışlanmasını xahiş edib 


 

Tramp İsrail prezidentindən Netanyahunun bağışlanmasını <b style="color:red"> xahiş edib </b>

ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqa məktub göndərərək, ondan Baş nazir Binyamin Netanyahunun korrupsiya işi üzrə təqibini tamamilə dayandırmasını xahiş edib. 

525.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri yazıb.

ABŞ lideri İsrail Baş nazirinə qarşı cinayət işini siyasi motivli adlandırıb və ədalətsiz elan edib:

"Bibini (Netanyahu) əfv edərək, bu vəziyyətə birdəfəlik son qoymaqla İsraili birləşdirməsinə imkan verməyin vaxtı çatıb”.

O, Netanyahunu hazırda ölkəni sülhə aparan müharibə dövrünün həlledici Baş naziri adlandırıb.

Buna cavab olaraq Hersoq prezident Trampa böyük hörmətini ifadə edib, vurğulayıb ki, əfv istəyən hər kəs müəyyən edilmiş prosedurlara uyğun olaraq rəsmi şəkildə müvafiq orqanlara müraciət etməlidir.

“Times of Israel”in məlumatına görə, müraciət Netanyahunun özü və ya qohumları tərəfindən təqdim edilə bilər, lakin onlar hələ bunu etməyiblər.

Pərvanə Sultanova

 





12.11.2025    çap et  çap et