“Amerika və Britaniya kəşfiyyat orqanlarının Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə heç bir əlaqəsi yoxdur”.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.
Daha əvvəl qərbyönlü "Respublika naminə" partiyasının lideri Arman Babacanyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın Mİ6-nın köməyi ilə yaradıldığını iddia edib.
“Bu, absurddur. Xarici Kəşfiyyat Xidməti yaradılmazdan əvvəl müvafiq qanun, sonra isə hökumət qərarı qəbul edildi. Bundan sonra gizli proseslər aparıldı. ABŞ və Böyük Britaniyanın bununla heç bir əlaqəsi yoxdur, burda iştirakçı yalnız Ermənistandır”, - Paşinyan bildirib.
O deyib ki, Ermənistan xarici kəşfiyyatı digər xarici kəşfiyyat xidmətləri kimi, Rusiya, ABŞ, Böyük Britaniya və başqa tərəfdaş ölkələrdən olan həmkarları ilə əməkdaşlıq edir.
Pərvanə Sultanova
çap et