“Pekin Yaponiyanın Baş naziri Sanae Takaiçinin parlamentdə Tayvanla bağlı uyğunsuz açıqlamalarına öz kəskin narazılığını və qəti etirazını ifadə edir”.
525.az xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan işləri ofisinin rəsmi nümayəndəsi Çen Binhua bildirib.
O deyib ki, həmin açıqlamalar vahid Çin prinsipini ciddi şəkildə pozur və ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə təşkil edir.
"Dünyada yalnız bir Çin var və Tayvan onun bir hissəsidir", - rəsmi əlavə edib.
Pərvanə Sultanova
çap et