525.Az

Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı


 

Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı<b style="color:red"></b>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.

525.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.


Qeyd edək ki, millimiz qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

12 noyabr

17:30. Çexiya (U-19) - Azərbaycan (U-19) - 6:1

Qol: Ondrej Penxa 45, Lui Buffon, 54, Lui Buffon, 64, Şahismayıl Cəfərov, 70, Adam Sosna 88, Daniel Şvankara 83, Lui Buffon 90 +3

Baş hakim: Oliver Reitala (Finlandiya)

“Centenary” stadionu, Ta Qali

 





12.11.2025    çap et  çap et