525.Az

Ukraynada uran mədənində qəza


 

Ukraynada uran mədənində qəza<b style="color:red"></b>

Bu gün Kirovoqrad vilayətində, İnqulsk uran mədənində qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Qəza zamanı mədəndə 4 işçi olub. Onlardan ikisi dağıntılar arasından sərbəst çıxa bilib. Digər 2 nəfərin xilas edilməsi üçün xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, qəza baş verən Dağ-Mədən Emalı Zavodu (VostGOK) Ukraynada uran filizi hasilatı və emalı ilə məşğul olan yeganə müəssisədir.

L.Tağıyeva

 





12.11.2025    çap et  çap et