Peruda idarəetmədən çıxan sərnişin avtobusu yarğana düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 36 sərnişin hadisə yerində həlak olub.
Avtobusda sağ qalan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ikən dünyasını dəyişib.
Qeyd edək ki, avtobus Çala şəhərindən Alekipaya gedirmiş. İlkin məlumata görə sürücü yük avtomobili ilə toqquşmadan sonra idarəetməni itirib və avtobus yarğana yuvarlanıb.
L.Tağıyeva
çap et