525.Az

Suriyanın xarici işlər naziri Londona gedib


 

Suriyanın xarici işlər naziri Londona gedib<b style="color:red"></b>

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Londona yollanıb.

525.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə etmək məqsədi daşıyır.

Səfər çərçivəsində Şeybani Böyük Britaniya rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

İbrahim Cəfərov

 





13.11.2025    çap et  çap et