Tayland-Kamboca sərhədində gərginlik yenidən artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tayland əsgərləri gecə saatlarında mübahisəli sərhəd kəndi yaxınlığında qarşı tərəfə atəş açıblar. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Tayland ordusunun sözçüsü, general-mayor Vintay Suvaree isə bəyan edib ki, ilk atəş açan Kamboca əsgərləri olub.
O, əlavə edib ki, insident təxminən 10 dəqiqə davam edib. Tayland tərəfdən itki yoxdur.
Qeyd edək ki, Tayland və Kamboca arasında mübahisəli sərhəd qəsəbəsində əvvəllər də qarşıdurmalar yaşanıb.
İbrahim Cəfərov
çap et