Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lavrov və Əraqçi cari ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Nazirlər regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə mübahisələrin siyasi və diplomatik yollarla həll edilməsi üçün iki dost ölkə arasında dialoqun davam etdirilməsinə çağırıblar”, - deyə Rusiya XİN-in açıqlamasında qeyd olunub.
Həmçinin hər iki nazir Əfqanıstan-Pakistan sərhədində qarşılıqlı atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə bağlı Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşmanı alqışlayıb.
Sergey Lavrov və Abbas Əraqçi Yaxın Şərqdəki hadisələri, xüsusilə Fələstin-İsrail atəşkəs prosesi və onun BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilməsini, eləcə də Fransa, Böyük Britaniya və Almaniyanın İran əleyhinə kampaniya başlatmağa çalışdığı MAQATE Rəhbərlər Şurasındakı vəziyyəti də müzakirə ediblər.
İbrahim Cəfərov
çap et