525.Az

Bələdiyyə hara və niyə hesabat verməlidir?


 

Bələdiyyə hara və niyə hesabat verməlidir?<b style="color:red"></b>

Azərbaycan qanunlarına görə, bələdiyyələr öz fəaliyyətinə dair Milli Məclis qarşısında hesabat verməlidirlər. Bu prosesin tənzimlənməsinə həsr olunan yeni qanun layihəsi hazırlanır. Bu tələb Konstitusiyaya edilən son dəyişiklərdə öz əksini tapmışdı. Lakin bələdiyyələr qarşısında belə bir şərtin qoyulması Avropa Şurasını narazı salıb.

Məlum olduğu kimi, Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresinin son iclasında Azərbaycanda yerli regional demokratiyanın vəziyyəti müzakirə edilib. Diskussiyalar nəticəsində Azərbaycana aid  345 saylı Qətnamə 326 saylı Tövsiyələr qəbul edilib. Qətnamədə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan hakimiyyəti hələ 2003- ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb. Sənəddə Azərbaycanın Yerli özünüidarə haqqında Avropa Xartiyasının müddəalarına riayət edilməməsindən, habelə Azərbaycan hökumətinin bu vəziyyətin dəyişdirilməsinə yönəlmiş planlarının olmamasından xüsusi narahatlıq ifadə olunub.

AVROPA ŞURASI:  ÖHDƏLİK LƏĞV OLUNMALIDIR

Məruzədə bələdiyyələrin hesabat verməsi məsələsi xüsusi vurğulanıb. Qeyd olunub ki, ”Bələdiyyələrin statusu haqqındaqanunda bələdiyyələr üzərində nəzarət proseduru, xüsusilə bələdiyyələrin öz fəaliyyətləri barədə parlament qarşısında hesabat vermək öhdəliyi ilə bağlı aydınlıq yoxdur. Monitorinq qrupunun apardığı araşdırma nəticəsində belə qərara gəlib ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi haqda öhdəlik ümumiyyətlə ləğv edilməlidir. Habelə, hökumətə tövsiyə edilir ki, bələdiyyə aktlarının qanunauyğunluğuna nəzarət funksiyasına münasibətdə mərkəzi hökumətin nəzarət səlahiyyətləri məhdudlaşdırılsın.

Millət vəkili, parlamentin Regional məsələlər  komitəsinin üzvü Tahir Rzayev isə məsələnin tərəfindən səthi öyrənildiyini söyləyir. Onun sözlərinə görə, qanun heç bələdiyyələrin hamısının hər şey haqqında Milli Məclis  qarşısında hesabat verməsini tələb etmir: “Qanuna görə, bələdiyyələr yalnız iki halda parlament qarşısında hesabat verə bilər: birincisi, əgər dövlət tərəfindən bələdiyyələrə əlavə səlahiyyətlər verilərsə, onda bu səlahiyyətlərin icrası ilə əlaqədar hesabat verilməlidir. İkincisi, dövlətdən bələdiyyələrə vəsait ayırarsa, onlar həmin vəsaitin xərclənməsi ilə əlaqədar hesabat verməli olacaq”.

TAHİR RZAYEV: “HAMISI HESABAT VERMƏYƏCƏK

Tahir Rzayev müəllifi olduğu yeni qanun layihəsində bələdiyyələrin necə hansı hallarda hesabat verəcəyi haqda müddəaların yer alacağını söyləyir. Onun sözlərinə görə, bələdiyyələrin hamısının hesabat verməsinə ehtiyac qalmayacaq: “İşin müəyyən mərhələsində çatışmazlıq olsa, onda hesabat tələb ediləcək. Yaxud hansısa müsbət işi təbliğ etmək üçün hesabat verilə bilər, bu müsbət təcrübə müzakirəyə çıxarıla bilər. Ümumilikdə, bələdiyyənin işi rəvan gedirsə, yəqin ki hesabata ehtiyac qalmayacaq. nəhayət, bələdiyyəyə vəsait verilsə, onun xərclənməsi ilə bağlı hesabat verilməlidir. Hesabat Palatası hər il  büdcənin xərclənməsi haqda hesabat verirsə, bələdiyyələrdən bunu tələb etmək olar”.

T.Rzayevin sözlərinə görə, bəzi qurumlar məsələnin mahiyyətinə varmadan boş yerə səs-küy salırlar: “Bunu elə qələmə verirlər ki, guya 1718 bələdiyyə hər bir məsələ barəsində hesabat verəcək. Əslində, bələdiyyələrin hesabatlılığı haqqında məsələ yeni deyil. Bu tələb 1999-cu il iyulun 1- qəbul edilmişBələdiyyələrin statusu haqqındaqanunda təsbit hesabat verilə  edilib, sonradan referendum qərarına əsasən, Konstitusiyaya salınıb. Amma deyəsən xarici ekspertlər bizim qanunları yaxşı öyrənməyiblər. Həm , yerli QHT-lər onlara yanlış məlumatlar verir. Deyirlər ki, indiyə kimi bələdiyyələr icra strukturuna tabe idi, bundan sonra Milli Məclisə tabe olacaq. Əgər bələdiyyə dövlət orqanının gördüyü işi görəcəksə, onda işin nəticəsini kim yoxlamalıdır?” Deputatın sözlərinə görə, əgər Hesablama Palatası büdcədən maliyyələşməni yoxlayırsa, bələdiyyələrə veriləcək əlavə səlahiyyət onun maddi dəstəyi ilə bağlı işin nəticəsini yoxlamaq lazım olacaq.

SƏLAHİYYƏT ARTIRILMAYIB

Hələliksə yerli özünüidarə orqanlarının elə böyük səlahiyyətləri yoxdur. Düzdür, bir neçə il əvvəl bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi MM- birinci oxunuşda qəbul edilib. Həmin qanunda bələdiyyələrə xeyli səlahiyyətlər verilir. Amma bu qanun layihəsi ilə bağlı xeyli fərqli fikirlər səsləndiyindən, sənəd qəbul edilməyib.

T.Rzayev beynəlxalq ekspertlərin digər bir tələbi ilə razılaşmır: “Xarici ekspertlər deyirlər ki, bələdiyyələrə müstəsna səlahiyyət verilməlidir. Müstəsna səlahiyyət ona deyilir ki, bu qurumun işinə heç kim nəzarət eləməsin. Amma dünyada belə orqan yoxdur. Müstəsna səlahiyyət dövlət rəhbərinə verilir .Yaradılan orqan üzərində mütləq dövlət nəzarəti olmalıdır. Bir çox ölkələrdə bələdiyyələr üzərində nəzarət var. Hətta Norveçdə xüsusi bir nazirlik yerli özünüidarə orqanlarının işinə nəzarət edir”.

Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev isə bu tələbi normal qarşılayır. Onun fikrincə, əgər məsələyə referendumda xalq tərəfindən müsbət fikir bildirilibsə, indi bunu ləğv etməkdən söhbət gedə bilməz: “Bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi haqda təklifxalqın iradəsi ilə qəbul olunan qərardır. Kiminsə xalqın iradəsinə qarşı çıxıb nəsə deməsi qətiyyən düzgün deyil. Xarici təşkilatın belə qətnamə çıxarılmasına ciddi əsas yoxdur. Yerli Regional Hakimiyyətlər Konqresinin iclasında biz iştirak edirdik orada -nin monitorinq qrupunun iradlarını dinlədik öz fikrimizi bildirdik”.

BİR SEÇKİLİ ORQAN DİGƏRİ QARŞISINDA HESABAT VERƏ BİLMƏZ

Bələdiyyələrin İnkişafı Naminə Alyansın eksperti Samir Əliyev isə -nin tövsiyəsini məntiqli sayır. Çünki bir seçkili orqanın digəri qarşısında hesabat verməsi beynəlxalq standartlara görə qəbuledilməzdir: “Əlbəttə, bütün dünyada bələdiyyələrin fəaliyyətinə nəzarət var. Amma nəzarət daha çox onların qəbul etdiyi qərarın qanunvericiliyə dərəcədə uyğun olub-olmaması ilə əlaqədardır. Bu funksiyanı bizdə Ədliyyə Nazirliyi həyata keçirir. Belə bir nəzarətin olduğu bir vaxtda, MM qarşısında hesabat tələbinin qoyulması Azərbaycanın da qoşulduğu Avropa Xartiyasına ziddir. Xartiyanın tələblərinə görə, yerli özünüidarəyə nəzarət maksimum dərəcədə az olmalıdır bu nəzarət onların fəaliyyətinə problem yaratmamalıdır”.

F.ƏLİYEVA

 





27.11.2012    çap et  çap et