525.Az

Filippində qasırğa 27 nəfərin həyatına son qoyub


 

Filippində qasırğa 27 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Filippini təsir altına alan Funq-vonq qasırğasının yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.

525.az “İnquirer News”a istinadən xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) Funq-vonq tayfunun səbəb olduğu fəlakətlər və qəzalarla bağlı açıqlama yayıb.

Qeyd olunub ki, qasırğanın yaratdığı sel və torpaq sürüşmələrində 27 nəfər ölüb, 36 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.

Qasırğa ölkənin 15 regionunda 2,4 milyondan çox insana ziyan vurub.

İbrahim Cəfərov

 





13.11.2025    çap et  çap et