525.Az

Zaqatalada bələdiyyə binasında yanğın


 

Zaqatalada bələdiyyə binasında yanğın<b style="color:red"></b>

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saatlarında  Zaqatala rayonunun Maqov kəndində, kənd mədəniyyət evi və Maqov kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 400kv/m olan inzibati binada qeydə alınıb.
 
Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

İnzibati binada baş verən yanğın artıq lokallaşdırılıb, yanğının tam söndürülməsi istiqamətində iş gedir.

 





24.01.2015    çap et  çap et