525.Az

ADY Bakı Limanında 10 ay ərzində 7 milyon tona yaxın yük aşırılıb


 

ADY Bakı Limanında 10 ay ərzində 7 milyon tona yaxın yük aşırılıb<b style="color:red"></b>

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Limanında bu ilin 10 ayı ərzində 7 milyon tona yaxın və ya ötən illə müqayisədə 5.6 faiz daha çox yük aşırılıb.

525.az-a ADY-dən bildirilib ki, analoji dövrdə limanda aşırılmış 86 min TEU yük həcmi ötən ilin eyni dövrünün göstəricisini 38 faizdən çox üstələyib.

 

 





13.11.2025    çap et  çap et