525.Az

Gömrük xətti ilə büdcə daxilolmaları 4 faiz azalıb


 

Gömrük xətti ilə büdcə daxilolmaları 4 faiz azalıb<b style="color:red"></b>

Gömrük xətti ilə büdcə daxilolmaları bu ilin yanvar-oktyabr aylarında 4% azalıb.

525.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu ilin ilk on ayında Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 4%, proqnozdan isə 3,2% az olub.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 32 milyard 891,4 milyon manat təşkil edib. Bu da proqnozu 1,7 faiz üstələyib.

 





13.11.2025    çap et  çap et