525.Az

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək


 

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək<b style="color:red"></b>

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də, saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

525.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar noyabrın 24-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 





13.11.2025    çap et  çap et