525.Az

Voleybol millimiz finalda Türkiyəyə uduzdu - İslamiada


 

Voleybol millimiz finalda Türkiyəyə uduzdu - <b style="color:red"> İslamiada</b>

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

525.az-ın məlumatına görə, yığma finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

 





13.11.2025    çap et  çap et