525.Az

Almaniya kansleri Zelenski ilə telefon danışığı aparıb


 

Almaniya kansleri Zelenski ilə telefon danışığı aparıb<b style="color:red"></b>

“Almaniya kansleri Fridrix Merts Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb. Söhbət zamanı vurğulanıb ki, Almaniya hökuməti Ukraynanın korrupsiya ilə fəal mübarizə aparmasını və xüsusilə qanunun aliliyi sahəsində islahatları davam etdirməsini gözləyir”.

525.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi tefan Kornelius deyib.

O qeyd edib ki, Zelenski kansleri Ukrayna hökumətinin istefa vermiş üzvlərinə qarşı aparılan korrupsiya araşdırmaları barədə məlumatlandırıb: 

"Cənab Merts Almaniya hökumətinin Ukraynanın korrupsiyaya qarşı mübarizəni və xüsusilə qanunun aliliyi sahəsində islahatları daha da gücləndirəcəyinə dair gözləntilərini vurğuladı. Eyni zamanda, onlar münaqişədə atəşkəsə nail olmaq üçün səyləri davam etdirmək barədə razılığa gəliblər”.

Almaniyalı rəsmi deyib ki, Berlin Rusiyanı ciddi danışıqlara məcbur etmək üçün Qərb tərəfdaşları ilə birlikdə Moskvaya təzyiqi artıracaq. Onun sözlərinə görə, buna Rusiyanın dondurulmuş dövlət aktivlərindən daha səmərəli istifadə üzrə işlərin davam etdirilməsi də daxildir.

Tərəflər, həmçinin ukraynalı qaçqınların vəziyyətini də müzakirə ediblər.

Pərvanə Sultanova

 





13.11.2025    çap et  çap et