Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampın çıxışını təhrif etdiyinə görə 1 milyard dollarlıq məhkəmə iddiasından yayınmaq üçün şəxsən ondan üzr istəməyə hazırlaşır.
525.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Qeyd olunub ki, BBC Trampdan şəxsi üzrxahlığı ehtiva edən mətnin hazırlanması üzərində işləyir.
Bundan əvvəl yayım korporasiyasının sədri Samir Şah Amerika liderinin çıxışının təhrif edildiyinə görə açıq şəkildə üzr istəyib.
Söhbət Britaniya yayım korporasiyasının 2024-cü ilin oktyabrında efirə verdiyi “Panorama” proqramında Trampın çıxışının montaj edilməsindən gedir. Prezident Tramp BBC-nin həmin buraxılışı 14 noyabra qədər silməyəcəyi təqdirdə, 1 milyard dollarlıq məhkəmə iddiası qaldıracağını açıqlayıb. Trampın çıxışı elə redaktə edilib ki, onun ABŞ Konqresinin binasını zəbt etməyə çağırdığı qənaətinə gəlmək olar, baxmayaraq ki, əslində dövlət başçısı vətəndaş mövqeyini dinc vasitələrlə ifadə etməyin zəruriliyindən danışıb.
Hadisədən sonra korporasiyanın baş direktoru Tim Deyvi və xəbər xidməti rəhbəri Debora Törness istefa verməyə məcbur oldular.
"The Times" qəzetinin məlumatına görə, yeni baş direktorun təyin edilməsi prosesi bir neçə ay davam edə bilər.
Pərvanə Sultanova
çap et