525.Az

Suriyada muzeydən qədim eksponatlar oğurlanıb


 

Suriyada muzeydən qədim eksponatlar<b style="color:red"> oğurlanıb</b>

Naməlum şəxslər Dəməşqdə yerləşən Milli Muzeydən 6 eksponat oğurlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş versə də, mühafizə xidməti bundan gec xəbər tutub.

Oğrular muzeyin antik mədəniyyət şöbəsinə daxil olaraq Suriyanın Roma imperiyasının əsarətində olduğu dövrə aid 6 əşyanı aparıblar. Dövlət qurumları bununla bağlı açıqlama yaymasalar da, muzey rəhbərliyi artefaktların "qızıldan qiymətli" olduğunu bildiriblər. Bununla belə, antik əşyaların konkret adları açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, Milli Muzey Suriyada baş verən məlum hadisələrlə bağlı uzun müddət idi ki, bağlı idi. Yalnız  ötən ilin payızında fəaliyyətini bərpa edib.

L.Tağıyeva

 





13.11.2025    çap et  çap et